Sahibkarlar və menecerlər üçün treninq keçirildi – Bakıda

İqtisadiyyat Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər teninqlərə cəlb olunub.

İqtisadiyyat Nazirliyindən ONN mediaya verilən məlumata görə, “Gənclər və “Elektron hökumət””, “Kənd təsərrüfatında layihələrin idarə edilməsi və maliyyələşdirilməsi” mövzularını əhatə edən treninqdə iştirakçılara elektron xidmətlər və onların şəffaflığın artırılması üçün yaratdığı əlverişli imkanlar, layihə təkliflərinin hazırlanması, layihənin həyata keçirilməsi üçün müvafiq strukturların yaradılması, layihənin maliyyələşdirmə mexanizmi və s. barədə ətraflı məlumat verilib.

Treninqdə sadalanan mövzular üzrə təqdimatlar keçirilib. İştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.