ONN İnformasiya Agentliyi

Samir Şərifov: “Naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manupulyasiya edirlər”

Samir Şərifov: “Naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manupulyasiya edirlər”
22 İyun 2018 - 12:20

“Azərbaycanın xarici dövlət borcu devalvasiyadan sonra manatla ifadədə 2 dəfə artıb”.

ONN media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manupulyasiya edirlər”, – nazir bildirib.

O, Azərbaycanda reallaşdırılan “Kənd İnvestisiya Layihəsi” barədə də danışıb: “Bu layihənin icrasının dayandırılmasından söhbət gedə bilməz. Onun davam etdtrilməsi nəzərdə tutulur. Əvvəlki illərdə biz layihəni xarici borclanma hesabına reallaşdırırdıq, indi isə daxili maliyyə imkanları hesabına həyata keçirəcəyik. Artıq xaricdən vəsait cəlb etmək məqsədəuyğun deyil”. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png