SOCAR dövlət büdcəsinə ödənişləri artırıb

SOCAR ötən il dövlət büdcəsinə ödənişləri artırıb.

ONN media xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, şirkət 2017-ci ildə dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat ödəniş edib. Bu məbləğ 2016-cı illə müqayisədə 8,3 faiz çoxdur.