ONN İnformasiya Agentliyi

Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə olunub

Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə olunub
30 Noyabr 2017 - 2:03

İqtisadiyyat Nazirliyində Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin müzakirəsi davam etdirilib.

ONN media xəbər verir ki, Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müəyyən olunmuş əlaqələndirici və məsul icraçı struktur bölmələrin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

İclasda Strateji Yol xəritələrinin tədbirlər planlarında İqtisadiyyat Nazirliyi üzrə strateji planlaşdırma və proqnozlaşdırma, dövlət investisiyaları, regionların inkişafı və dövlət proqramları, lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi, dövlətlərarası iqtisadi əməkdaşlıq və səfərbərlik hazırlığı şöbələrinin, korporativ idarəetmə sektorunun, İqtisadi İslahatlar Elmi-Tətqiqat İnstitutunun, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib və hesabat məruzələri dinlənilib.

İclaslarda, həmçinin Strateji Yol xəritələrində qeyd olunan struktur bölmələrin icraçı olduğu tapşırıqların icra intizamında mövcud ola biləcək mümkün risklər və onların aradan qaldırılmasına dair təkliflər, eləcə də icra müddəti 2017-ci ildə başa çatan tədbirlərin ilin sonunadək icrasının tamamlanması üçün görülməsi nəzərdə tutulan işlər müzakirə olunub.

Strateji Yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin və icraçıların iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png