ONN İnformasiya Agentliyi

“TAP” kəmərinin tikintisi başa çatdı

“TAP” kəmərinin tikintisi başa çatdı
13 Oktyabr 2020 - 12:12

4 il yarım davam edən tikintidən sonra Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi başa çatıb.

ONN media  xəbər verir ki, bu barədə layihənin rəsmi internet səhifəsində məlumat verilib.

“TAP” boru kəməri ilə Apuliya vilayətində yerləşən (İtaliya) “Snam Rete Gas” təbii qaz paylama sistemi arasındakı bağlantı nöqtəsinin 2020-ci il noyabr ayının ortalarına qədər tamamlanması və qaz nəqlinə hazır olması gözlənilir.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan “TAP” Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir.

“TAP”ın ilkin gücü ildə iki dəfə artırılması imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya, 105 kilometri Adriatik dənizinin dibi və 8 kilometri isə İtaliya ərazisindən keçir.

“TAP”ın səhmdarları arasında BP (20% ), SOCAR (20 %), Snam – (20 %), Fluxys (19%), Enagás (16%), Axpo (5%) şirkətləri yer alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png