ONN İnformasiya Agentliyi

Ticarət şəbəkələrində 11 ayda 21,5 milyard pul xərclənib

Ticarət şəbəkələrində 11 ayda 21,5 milyard pul xərclənib
11 Yanvar 2022 - 21:39

2021-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 478,4 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən  verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 11 milyard 059,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 10 milyard 419,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png