ONN İnformasiya Agentliyi

Trampdan neft hasilatının ixtisarı ilə bağlı növbəti proqnoz

Trampdan neft hasilatının ixtisarı ilə bağlı növbəti proqnoz
02 Aprel 2020 - 21:32

ABŞ Prezidenti Donald Tramp neft hasilatının ixtisarı ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

ONN media xəbər verir ki, Ağ Ev rəhbəri hasilatın sutkada 15 milyon barrelədək ixtisar oluna biləcəyini yazıb:

“Hətta ixtisar sutkada 15 milyon barrel ola bilər. Hamımız üçün əla xəbərlər var”.

Qeyd edək ki, daha əvvəl Tramp Səudiyyə Ərəbistanı və Rusiya ilə danışıqlar apardığını və tərəflərin neft hasilatını sutka ərzində 10 milyon barrelədək ixtisara salacaqlarına ümid etdiyini bildirmişdi. Trampın bu açıqlamasından sonra “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 40% bahalaşma ilə bir barrelə görə 35,99 dollara yüksəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png