ONN İnformasiya Agentliyi

Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? – RƏSMİ AÇIQLAMA

Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? – RƏSMİ AÇIQLAMA
03 İyun 2020 - 17:18

Müvəqqəti vergi rejimində fəaliyyət göstərən, pandemiyadan zərər çəkən fəaliyyət sahələrindəki vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəşt və azad olmaları tətbiq edilir.

Bunu Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən vergi ödəyiciləri ilin sonunə qədər əmlak və torpaq vergilərindən və əldə etdikləri gəlirin 75 faizi vergidən tam azad olunur.

“Pandemiyadan zərər çəkən sahələrdə çalışan şəxslər əgər fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürüblərsə, bu zaman icarə haqqına görə ödənən icarə haqqı dərəcəsi 14 faizdən 7 faizə endirilir. Bir il ərzində bu güzəştlər qeyd olunan vergi ödəyicilərinə tətbiq olunacaq”.

Ə.Quliyev bildirib ki, bunlarla yanaşı daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə münasibətdə, onlar bilirsiz ki, sabit şəkildə vergi ödəyir. Onlar üçün verginin bazasını təşkil edən məbləğ də 50 faiz həcmində azaldılır.

“Pandemiyadan zərər çəkməsindən asılı olmayaraq sadələşdirilmiş vergi dərəcəsi 2 faizdən 1 faizə endirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png