ONN İnformasiya Agentliyi

12 yaşlı uşağı kim öldürüb? — Əmisindən ŞOK SÖZLƏR

12 yaşlı uşağı kim öldürüb? — Əmisindən ŞOK SÖZLƏR
22 May 2020 - 19:36

Cəbrayılın vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi yalandır.

ONN media bildirir ki, bu sözləri açıqlamasında bu gün meyiti tapılan 12 yaşlı Cəbrayıl Məmmədlinin əmisi Rahim Məmmədov deyib.

O bildirib ki, hadisə ilə bağlı kiminsə şübhəli şəxs qismində tutulması da həqiqətə uyğun deyil: “Ailə üzvləri olduqca sakit və tərbiyəli adamlardır. Onların kənddə kiminləsə işi olmayıb ki, kimdənsə şübhələnək. Uşaq dünən təkbaşına velosipedi ilə arxa su ardınca gedib. Həmin gün nə qədər axtarsaq da, tapa bilmədik. Yalnız velosipedi getdiyi ərazidə idi. Meyit bu gün 12:00-da tapılıb”. R.Məmmədov deyib ki, meyitin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər yalandır: “Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Kiminsə öldürməsi, yaxud yıxılaraq ölməsi ilə bağlı hər hansı dəqiq məlumat yoxdur. Hazırda meyit ailəsinə təhvil verilib. Amma ekspertiza rəyi açıqlanmayıb”.

Qeyd edək ki, 12 yaşlı Cəbrayılın əvvəlcə ayı hücumuna məruz qaldığı bildirilsə də, daha sonra öldürülərək çaya atıldığı barədə iddialar yayılıb.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png