18 yaşlı gənc bıçaqlandı

Saatlı rayonunda bıçaqlanma hadisəsi olub.

ONN media bildirir ki,hadisə rayonun Mircəlal kəndində qeydə alınıb.

Mircəlal kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Semirzə Salam oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.Yaralı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Vəziyyəti ağır olduğundan dərhal  əməliyyat olunub.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.