ONN media

2 gündə ölkədə 57 əcnəbi saxlanılıb

2 gündə ölkədə 57 əcnəbi saxlanılıb
01 Avqust 2018 - 17:46

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 30-u və 31-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 57 əcnəbi saxlanılıb. 

ONN media xəbər verir ki, onlardan 15-i Hindistan, 15-i Türkmənistan, 9-u Gürcüstan, 4-ü Rusiya, 3-ü Türkiyə, 2-si Pa­kis­tan, 2-si Nepal, 2-si Qazaxıstan, 1-i Misir, 1-i İraq, 1-i Polşa, 1-i İtaliya vətəndaşı, 1-i isə Avstriya Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxsdir.

Saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları (səyyar ticarət), digər 47 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilərdən 41 nəfər barəsində qərarlar qəbul edilib, 14 nəfər Hindistan və 2 nəfər Nepal vətəndaşının Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png