ONN İnformasiya Agentliyi

2 mikroavtobusu yandıran şəxs həbs edildi

2 mikroavtobusu yandıran şəxs həbs edildi
30 Avqust 2019 - 16:15

Astarada 2 mikroavtobusu yandıran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONN media-ya verilən məlumata görə, Astara rayonunun Toradi kənd sakini N. Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub. İ. Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətiridiyi benzinlə N. Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış N. Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png