25 yaşlı bloggerin qatilindən ETİRAF

25 yaşlı blogger Ekaterina Karaqlanovanın qətlində şübhəli bilinən şəxs dindirilib.

ONN media  xəbər verir ki,  33 yaşlı Maksim Gareev, ona beş bıçaq zərbəsi vurduğunu və cəsədini çılpaq vəziyyətdə  çemodana yerləşdirdiyini etiraf edib. Hərəkətinin səbəbi isə qızın ona qarşı alçaldıcı sözləri olub. Gareyev dindirilərkən bunları deyib: “O, məni dəfələrlə təhqir edib, cinsi ləyaqətimi alçaldıb”.

İddiaya görə, Ketrinin qətli iyulun 22-də, yaxınlarının zənglərinə cavab vermədiyi anda baş verib. Qonşular da öz növbəsində mənzildən qəribə səslər eşidib. İyulun 27-də şübhəlinin valideynləri cinayət yerinə gələrək qonşular vasitəsilə ev sahibini tapıb və mənzilə daxil olublar. Həmin an Karaqlanovanın cəsədini çemodanın içində görüblər. Şübhəlinin izinə video nəzarət kameraları sayəsində düşmək mümkün olub. Onun Rusiyanı tərk etdiyi ehtimal olunsa da,  məlumatlar təsdiqlənməyib. Cinayətkar çərşənbə axşamı yaxalanıb.