27 yaşlı azərbaycanlı barda öldürüldü – RUSİYADA

Rusiyada azərbaycanlının ölümü ilə nəticələnən silahlı insident baş verib.

ONN media oxu.az-a istiandən xəbər verir ki, hadisə bu gün İvanov şəhərində olub.

Səhər saat 4-də Puşkin meydanındakı “Rokko” barında dava düşüb. Odlu silahdan atılan atəş nəticəsində 27 yaşlı azərbaycanlı ölüb.

Polis hadisəni törədən şəxsi saxlayıb.

Ölən və qatilin kimliyi haqqında mlumat verilməyib.