ONN İnformasiya Agentliyi

30 yaşlı şəxs zirzəmidə qətlə yetirildi – Bakıda

30 yaşlı şəxs zirzəmidə qətlə yetirildi – Bakıda
25 Oktyabr 2019 - 21:08

Bakıda zirzəmidə qətl hadisəsi baş verib.

ONN media bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının avtomobil qarajı üçün nəzərdə tutulan zirzəmisinin pilləkənində 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu ürəyindən bıçaqlanıb.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda qətlin kim tərəfindən və hansı şəraitdə öldürülməsi ilə bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png