ONN media

43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular – Bakıda

43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular – Bakıda
17 İyul 2019 - 22:02

Bakıda pul borcu üstündə bıçaqlanma olub.

ONN media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib.

Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və E.Abdulov şübhəli şəxs qismində tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png