ONN media

Anasını boğdu, sonra isə… – DƏHŞƏTLİ CİNAYƏT

Anasını boğdu, sonra isə… – DƏHŞƏTLİ CİNAYƏT
14 Oktyabr 2019 - 23:17

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONN media xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Bağırov 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il Sabunçu rayonu Nardaran qəsəbəsində bağ massivi, ev 242 ünvanında yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğlu anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png