ONN İnformasiya Agentliyi

Azərbaycanda oğul həbsxanadakı atasına narkotik apararkən tutuldu

Azərbaycanda oğul həbsxanadakı atasına narkotik apararkən tutuldu
19 Fevral 2021 - 21:34

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ixtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Kənan Saday oğlu Əzimova Abşeron rayonunun Xırdalan şəhərində yaşayan oğlu Əzimov Ələkbər Kənan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı gödəkçənin cibində gizlədilmiş bir ədəd kağız bükülüdə ümumi çəkisi 0,179 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png