ONN İnformasiya Agentliyi

Azərbaycanda ŞOK ƏMƏLİYYAT – Qadın narkotacir tutuldu

Azərbaycanda ŞOK ƏMƏLİYYAT – Qadın narkotacir tutuldu
18 Noyabr 2020 - 13:36

Bakıda qadın narkotacir tutulub.

ONN media  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən P.İsayeva Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8,5 qramdan artıq heroin aşkar edilib. Davam edilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 635 qramdan artıq heroin, 23 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png