ONN İnformasiya Agentliyi

Azərbaycanda törədilən qətlin üstü açıldı – RƏSMİ MƏLUMAT

Azərbaycanda törədilən qətlin üstü açıldı – RƏSMİ MƏLUMAT
10 Yanvar 2020 - 14:34

Daxili İşlər Nazirliyi İmişlidə törədilmiş qətllə bağlı məlumat yayıb.

ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png