ONN İnformasiya Agentliyi

Azərbaycanlı “qanuni oğru”nun qatili ilə bağlı şok fakt: Bacısını öldürüb, ərinin isə…

Azərbaycanlı “qanuni oğru”nun qatili ilə bağlı şok fakt: Bacısını öldürüb, ərinin isə…
14 Aprel 2021 - 16:18

Xəbər verdiymiz kimi, Rusiyada qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Əli Heydərovun (Albert Rıjıy) qatilinin saxlanma anının videosu yayılıb.

ONN media  xəbər verir ki, yayılan kadrlar Rusiya İstintaq Komitəsinə məxsusdur və rəsmi kanalda yayınlanıb.

Hüquq mühafizə orqanlarındakı mənbə bildirib ki, saxlanılan şəxs Mətləb Sultanovdur. O, ifadəsində Əli Heydərovu öldürdüyünü etiraf edib. Onun sözlərinə görə, qətlə görə pul almayıb, qətli də şəxsi zəmində münaqişəyə görə törədib.

“Qanuni oğru”nu aprelin 12-də Moskvada “Skorpion” tapança-pulemyotu ilə güllələyən Mətləb Sultanovun üzərində Taleh Orucov ad-soyadlı sənəd aşkarlanıb. Ancaq sonra sənədin saxtalığı üzə çıxıb və onun əsl kimliyi müəyyən olunub.

İstintaq zamanı onun əvvəllər öz bacısını qətlə yetirdiyi üçün mühakimə olunduğu da üzə çıxıb.

Rusiya mətbuatı bu qətlin 2008-ci ildə baş verdiyini bildiirb. hadisənin məişət zəminində olduğu deyilir. Belə ki, Mətləb ata evində 33 yaşlı bacısı Pərvanə Hüseynəliyeva ilə dalaşıb. Bundan sonra o, bacısını öldürüb və onun ərinin qulağını kəsib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png