ONN İnformasiya Agentliyi

Azərbaycanda daha bir qadın cinayəti

Azərbaycanda daha bir qadın cinayəti
11 Oktyabr 2019 - 15:16

Beyləqan rayonunda daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

ONN media-ya daxil olan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Beyləqan Rayon Gigiyena və Epidemialogiya Mərkəzində işləyən Könül Bəhmənli adlı xanım rəsmi şəkildə boşandığı həyat yoldaşı tərəfindən elə iş yerində öldürülüb.

Bir neçə bıçaq zərbəsi alan qadın yaxınlıqdakı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılan zaman vəziyyəti ağır olsa da, sağ olub.

Məlumata görə, qadının onun qətlə yetirən həyat yoldaşı ilə nikahından 10 yaşında bir övladı var.

Beyləqan rayon Mərkəzi Xəstəxananın baş həkimi Əli Məmmədov faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün səhər 11-12 radələrində baş verib və gənc qadın hadisə yerində dünyasını dəyişib:

“Könül Bəhmən qızı Bəhmənli bir müddət əvvəl həyat yoldaşından boşanıb. Hətta boşanma prosesləri də problemli olub. Oğlan ailəyə, qadına narahatlıq verib həmişə. Məhkəmə prosesi zamanı qayınatasını bıçaqlayıb, məhkəmə salonuna girərkən. Bir müddət imiş ki, qızı da izləyirmiş öldürmək üçün. Xanım işdə olub, həyətə çıxan zaman bundan istifadə edərək hücum edib bıçaqlayıb. Öldürülən qadın 1994-cü il təvəllüdlüdür. Xəstəxanaya çatdırılan zaman artıq keçinmişdi”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png