ONN İnformasiya Agentliyi

Azərbaycanda diri-diri yandırılan şəxslə bağlı – RƏSMİ AÇIQLAMA

Azərbaycanda diri-diri yandırılan şəxslə bağlı – RƏSMİ AÇIQLAMA
27 May 2020 - 18:37

Xaçmaz rayonunda 35 yaşlı kişinin yandırılması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

ONN media Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müvafiq ekspertizalar təyin olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png