ONN İnformasiya Agentliyi

Azərbaycanda kriminal qruplar arasında qarşıdurma – ÖLƏN VAR

Azərbaycanda kriminal qruplar arasında qarşıdurma – ÖLƏN VAR
16 Sentyabr 2020 - 14:20

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb.

ONN media   xəbər verir ki, tutulan şəxsin Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Bildirilir ki, hadisə avqustun 12-nə keçən gecə saat 02 radələrində baş verib. Belə ki, Şorəlli kənd sakinləri gecə avtomat atəşlərinin səsini eşidiblər. Belə ki, hadisə kriminal qruplaşmaların qarşıdurması zəminində yaranmış mübahisə nəticəsində baş verib. Qarşıdurmada iştirak edənlər arasında Şəmkir və Yevlax rayonlarının sakinlərinin də olduğu bildirilir.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğlu yaralanıblar. Onların vəziyyətləri ağır olub.

Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu isə vəfat edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png