ONN İnformasiya Agentliyi

Azərbaycanda polis özünü güllələdi

Azərbaycanda polis özünü güllələdi
13 Yanvar 2019 - 21:32
Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin əməkdaşı intihar edib.
ONN media Oxu.az -a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov banklardan birinə məxsus ofisdə tabel silahı ilə başına atəş açıb. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub.
Sayt qeyd edir ki, polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına düşüb.
Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.
Qeyd edək ki, mərhum ailəli olub, iki azyaşlı övladı var.
İlkin Tapdıqov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı olub.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png