Bakıda əməliyyat – HƏBS EDİLƏNLƏR VAR

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.

ONN media  xəbər verir ki, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 5400 manat dəyərində aliminum profillər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.