ONN İnformasiya Agentliyi

Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı

Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı
04 Dekabr 2019 - 22:05

Bakıda bıçaqlanma hadisəsi olub.

ONN media bildirir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib.

Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb, hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.(trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png