Bakıda 31 yaşlı şəxs bıçaqlanıb

Bakıda 31 yaşlı şəxs bıçaqlanıb.

ONN media-nın xəbərinə görə, hadisə noyabrın 15-də Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Muradov Kamran Elçin oğlu tanışı 1991-ci il təvəllüdlü Məmmədov Ümid Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra K.Muradov bıçaqla onun baş, boğaz və kürək nahiyələrinə zərbələr endirib və hadisə yerindən qaçıb.

Yaralı M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisəsini törətməkdə şübhəli bilinən K.Muradov saxlanılaraq istintaqa təhvil verilib.