ONN İnformasiya Agentliyi

Bakıda ailə faciəsi törədən şəxsin aqibəti necə oldu?

Bakıda ailə faciəsi törədən şəxsin aqibəti necə oldu?
02 Avqust 2022 - 8:45

Bakıda arvadını öldürüb, qayını ilə qayınanasını bıçaqla yaralayan şəxsə hökm oxunub.

ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Məmmədov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə bu ilin fevralın 28-də Bakının Xətai rayonunda qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Bəxtiyar Məmmədov yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib, nəticədə Ülkər Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, o, Ülkərlə 2009-cu ildə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən iki qız övladı dünyaya gəlib. Bəxtiyarın sözlərinə görə, əvvəllər aqlay-mərmər ticarəti ilə məşğul olsa da, 2015-ci ildə devalvasiyadan sonra işləri dayanıb. 2020-ci ildən etibarən isə heç bir iş görməyib. Bu səbəbdən həyat yoldaşı ona işləməməsini, pul qazanmamasını irad tutub və bu səbəbdən evdən getməsini istəyib.

Bəxtiyarın iddiasına görə, hadisə baş verdiyi gün evdən sabah getməsi üçün vaxt istəsə də, qayınanası buna qarşı çıxıb. Nəticədə tərəflər arasında gərginlik pik həddə çatıb və o, işlətdiyi ifafələrə görə qayını tərəfindən yumruq zərbəsinə tuş gəldiyini bildirib. Bundan sonra Bəxtiyar qayını Heydər Hacıyevi bıçaqlayıb, ardınca onun üzərinə gələn qayınanasına xəsarət yetirib. Davamında isə həyat yoldaşı Ülkəri bıçaqla vurub.

Bəxtiyar Məmmədov evdən çıxıb iki gün küçədə gecələdikdən sonra Bakı Şəhər Baş Polis İdarəsinə gedərək törətdiyi cinayət əməli barədə məlumat verib və polisə təslim olub.

Qeyd edək ki, qətlə yetirilən Ülkər Məmmədova Azərbaycan dili və ədəbiyyatı müəllimi olub. (“Qafqazinfo”)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png