Bakıda dəhşətli hadisə- Bacı və qardaş…

Bakıda bıçaqlanma hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.

Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır