Bakıda gənc oğlan döyülərək küçəyə atıldı

Bakıda gənc oğlan naməlum şəxslər tərəfindən döyülüb.

ONN media bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

1998-ci il təvəllüdlü Əmirov Həsən Akif oğlu küçədə naməlum şəxslərin hücumuna məruz qalıb. Həmin şəxslər onu döyərək küçəyə atıb və hadisə yerindən qaçıblar.

H.Əmirov ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.