ONN İnformasiya Agentliyi

Bakıda kriminal avtoritetin öldürülməsi ilə bağlı YENİ XƏBƏR

Bakıda kriminal avtoritetin öldürülməsi ilə bağlı YENİ XƏBƏR
13 Yanvar 2021 - 11:31

Ötən ilin iyul ayında Bakı şəhəri Suraxanı rayonu əraizisndə “Hövsanlı Mail” adı ilə tanınan kriminal avtoritet Mail Mustafayevi qətlə yetirən Aslan Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONN media  xəbər verir ki, A.Sadıqov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə açılan işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. Onun dəfnində iştirak edən şəxslər karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb ediliblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png