ONN İnformasiya Agentliyi

Bakıda SİLAHLI İNSİDENT: 2 nəfər…

Bakıda SİLAHLI İNSİDENT: 2 nəfər…
12 İyul 2020 - 20:39

Bakıda silahlı insident baş verib.

ONN media  xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Mikayılov Əliağa Əkrəm oğlu və onun dostu 1988-ci il təvəllüdlü Qasımov Faiq Babaqulu oğlu mübahisə etdiyi şəxs və ya şəxslər tərəfindən güllələniblər.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı Ə. Mikayılovda sağ bud nahiyəsinin dəlib keçən bir ədəd güllə yarası, F. Qasımovda isə sol budun dəlib keçən bir ədəd güllə yarası aşkarlanıb. Hər iki yaralı əməliyyat olunub.

Qeyd edək ki, Əliağa Faiq gilə qonaq gəlib və hadisə onun həyətində baş verib.

Hazırda cinayətin təfərrüatı araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png