ONN İnformasiya Agentliyi

Bakıda təhlükəli cinayətkar qaz açarı ilə evə basqın etdi

Bakıda təhlükəli cinayətkar qaz açarı ilə evə basqın etdi
27 Dekabr 2017 - 21:27

Nizami Rayonu Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş təhlükəli cinayətkar 1972-ci il təvəllüdlü Muxtarov Aydın Əli oğlunu axtarırlar.

ONN media xəbər verir ki, Əvvəllər adam öldürmək və ağır bədən xəsarətləri yetirməkdə ittiham olunaraq həbs edilən Muxtarov, bu dəfə oğurluqda şübhəli bilinir.

Dekabrın 26-da Naxçıvan küçəsində yaşayan 1951-ci il təvəllüdlü Tatyana Pisorova öz evində hücuma məruz qalıb. Qaz açarı ilə hədələnən qadının evindən 100 manat, 300 ABŞ dolları, 80 avro, mobil telefon və qızıl əşyaları oğurlanıb. Cinayətkar hadisə yerindən qaçıb. İstintaq zamanı, polislər Muxtarovun izinə çıxıblar və T. Pisorova onu fotodan tanıyıb.

Hələlik cinayətkarın axtarışları heç bir nəticə verməyib.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png