ONN İnformasiya Agentliyi

Bakıda taksi sürücüsü bıçaqlandı

Bakıda taksi sürücüsü bıçaqlandı
08 Fevral 2019 - 17:32

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü bıçaqlamaqda təqsirləndirilən İman Əsədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

ONN media xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yanvar ayında Bakının Yasamal rayonunda İ.Əsədli 1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu ilə Mətbuat prospektində “Tri Korona” kimi tanınan binanın qarşısında əlbəyaxa dava edib. Bu zaman o, F.Süleymanovun boyun və bədən nahiyəsinə ümumilikdə 6 bıçaq zərbəsi vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İ.Əsədli Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png