Bakıda törədilən cinayətin üstü 5 il sonra açıldı – TUTULANLAR VAR

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlamış şəxslər tutulub.

ONN media  xəbər verir ki, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 13.600 manat, 3000 rubl pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Balakişiyev və V.Hacıyev müəyyən edilərək saxlanılıblar.

Onların ətrafında aparılan araşdırmalar davam etdirilir.