ONN İnformasiya Agentliyi

Bakıda TÜKÜRPƏDİCİ CİNAYƏT – Ata 2 yaşlı körpəsini öldürmək istədi

Bakıda TÜKÜRPƏDİCİ CİNAYƏT – Ata 2 yaşlı körpəsini öldürmək istədi
30 Noyabr 2020 - 11:46

Bakıda körpə uşağını öldürmək istəyən Emil Kaziyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONN media  xəbər verir ki, cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi  hakim Rasim Sadixovun icraatına verilib

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə avqustun 5-də baş verib. Səbail rayonu ərazisində Emil Kazıyev 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarəti yetirib. Daha sonra öz bədəninin müxtəlif nahiyələrinə də xəsarətlər yetirib. Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Kaziyevə Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png