Bakının mərkəzində dəhşətli hadisə – QADIN ÖLDÜ

Aprelin 6-da saat 21 radələrində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində Astara rayon sakini C.Hüseynzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Bağırovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.