ONN İnformasiya Agentliyi

Bakının mərkəzində QƏTL

Bakının mərkəzində QƏTL
29 Sentyabr 2020 - 16:37

Bakıda qətl törədilib.

ONN media  xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə sentyabrın 28-də saat 5 radələrində Bakı şəhər sakini Emrah Mustafazadənin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png