ONN media

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
04 Yanvar 2018 - 21:54

ONNmedia xəbər verir ki, Yasamal rayonu Mətbuat prospektində yerləşən “Tri Korona” gece klubunun qarşısında 1991-ci il təvəllüdlü Fərid Süleymanov bıçaqlanıb.

Yaralı taksi sürücüsünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirlir.

Məlumata görə, gece klubundan çıxan Fərid Süleymanov orada tanımadığı başqa bir gənclə mübahisə edib. Onların mübahisəsi sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png