ONN İnformasiya Agentliyi

Bankda saxta dollar dəyişmək istəyən şəxs tutuldu – Bakıda

Bankda saxta dollar dəyişmək istəyən şəxs tutuldu – Bakıda
23 İyun 2018 - 20:21

Paytaxtda bankda saxta dollar dəyişmək istəyən şəxs tutulub.

ONN media DİN-ə istinadən xəbər verir ki, iyunun 22-də Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olan həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gediblər.

Müəyyən edilib ki, banka gələn naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əsginas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil verilib. Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png