ONN İnformasiya Agentliyi

Barda tanış olduğu qadını öz evində qətlə yetirdi və…

Barda tanış olduğu qadını öz evində qətlə yetirdi və…
09 Mart 2020 - 20:32
Barda tanış olduğu qadını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan 42 yaşlı Vorobyov Sergey Nikolayeviç Ali Məhkəməyə müraciət edib.

ONN media xəbər verir ki, onun müraciətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Məhkəmə baxış iclası mart ayının 13-nə təyin olunub.

Qeyd edək ki, 42 yaşlı Vorobyov Sergey Nikilayeviçin evində İlahə Şahbazovanın meyiti tapılıb. S. Vorobyov həmin qadınla barda tanış olduğunu, sonra birlikdə yaşadıqlarını deyib. S. Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan onun qətl törətdiyi üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Sergey Vorobyov  cinayəti törətməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png