ONN İnformasiya Agentliyi

Bir gecədə üç maşın oğurlandı

Bir gecədə üç maşın oğurlandı
01 Avqust 2022 - 14:46

Oğru qaçırdığı avtomobillərin biri ilə iki yol-nəqliyyat hadisəsi törədib.

ONN media xarici elektron portallara istinadla xəbər verir ki, ötən gecə Almatı polisi iki minik avtomobilini, üstəlik, bir təcili yardım maşınını qaçıran peşəkar oğrunu ələ keçirib.

Qazaxıstanın Almatı şəhər polis departamentindən verilən açıqlamaya görə, BMW markalı avtomobilin oğurlandığı barədə birinci məlumat 21.45-də daxil olub. Magistral yola çıxarkən Audi avtomobili ilə toqquşan maşın oğrusu hadisə yerindən qaçıb. Daha sonra onun BMW-si Almatı dairəvi yolunda qarşıdan gələn Toyota ilə toqquşub. Qəza yerindən piyada qaçan oğru Nissan markalı avtomobili zorla sahibinin əlindən almağa çalışanda ona xəsarət yetirib. İnsidentin şahidləri təcili tibbi yardım çağırıb və oğru bu dəfə həkimlərin yardım maşını ilə aradan çıxıb. Amma o, səhərə yaxın polis tərəfindən saxlanılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png