ONN media

DƏHŞƏTLİ QƏTL – Əmisini öldürdü, izi itirmək üçün isə…

DƏHŞƏTLİ QƏTL – Əmisini öldürdü, izi itirmək üçün isə…
04 Oktyabr 2019 - 23:39

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

ONN media bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 11-nə təyin edilib.

İttihama görə, bu il martın 8-də Abşeron rayonu “Gənclər Şəhərciyi” yaşayış kompleksi, giriş 76, ev 11 ünvanındakı mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs saxlanılıb. O cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.

Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində, öldürmək planım olmayıb”.

O, əmisini ölümcül döydüyünü də bildirib: “Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb oradan uzaqlaşdım”.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png