ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ QƏTL: Gənc oğlanın boğazını kəsib həyətinə atdılar

DƏHŞƏTLİ QƏTL: Gənc oğlanın boğazını kəsib həyətinə atdılar
08 Yanvar 2021 - 9:36

Senaki Bələdiyyəsinin Kotianeti kəndində gənc ölü halda tapılıb.

ONN media xəbər verir ki, 32 yaşlı Avto Qriqolian öz həyətində boğazından kəsili halda atası tərəfindən aşkar edilib.

Versiyalardan birinə görə, oğlan qətlə yetirilib. Qonşular onun boğazından yara aldığını, ehtimal ki, bıçaqlandığını söyləyiblər. İkinci versiyaya görə, Avto Qriqolia özünə zərər verib və həyatını intiharla başa vurub.

Mərhumun qonşuları hələ hadisənin səbəbi və konkret olaraq gəncin ölümcül xəsarət almasına səbəb olanlar barədə danışmayıblar.

Hazırda hüquq-mühafizə orqanları və kriminal-ekspertlər hadisə yerindədir.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə başladılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png