ONN İnformasiya Agentliyi

Dəhşətli QƏTL – “WiFi” parolunu dəyişən bacısını öldürdü

Dəhşətli QƏTL – “WiFi” parolunu dəyişən bacısını öldürdü
04 Avqust 2019 - 11:36

ABŞ-ın Corcia ştatında böyük bacısını xüsusi amansızlıqla öldürən yeniyetmə ömürlük həbs cəzasına məhkum olunub.

ONN media xəbər verir ki, bacı və qardaş arasında mütəmadi olaraq müəyyən mübahisələr olub. Lakin 2018-ci ilin fervalında baş verən mübahisə faciə ilə nəticələnib.

Belə ki, 18 yaşlı Kevon Votkins videooyunlar oynamaq üçün routerin “WiFi”nı dəyişib. Nəticədə tərəflər arasında mübahisə düşüb və yeniyetmə bacısını təxminən 15 dəqiqə müddətində boğub. Xilasedicilər hadisə yerinə gəldiyi zaman, Kevon bacısını buraxmaq istəməyib.

Təcili yardım xidmətinin əməkdaşları tibbi müdaxilə edərək qızı ayıltmaq istəsələr də onların cəhdləri uğursuz olub. Xəstəxanada həkimlər yeniyetmə qızın öldüyünü təsdiqləyiblər.

Ömürlük həbs cəzasına baxmayaraq, gənc oğlan bir müddətdən sonra apelyasiya məhkəməsinə müraciət edə bilər./report

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png