DİN və DSX-dən birgə ƏMƏLİYYAT

Zaqatala rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Aşağı Tala kəndi ərazisindən lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd qumbara, 6 ədəd qumbara alışdırıcısı, 2 ədəd tüstüverici şaşka, 2 ədəd patron darağı və 20 ədəd patron tapılıb.