Evdə kişi meyiti tapıldı – GƏNCƏDƏ

Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Mürsəlov Sudeyin Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.