Gəncədə qıza görə bıçaqlanma

Salyan sakini Gəncədə bıçaqlanıb. 

ONN media xəbər verir ki, 2001-ci il təvəllüdlü İslamov Nurlan ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti kafidir. Hadisənin qız üstündə mübahisə zəminində törədildiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.