ONN İnformasiya Agentliyi

Gədəbəydə ər yoldaşını öldürdü

Gədəbəydə ər yoldaşını öldürdü
06 Dekabr 2022 - 14:47

Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Bu barədə ONN media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png